Müqəddəs Quranda ev idarəçiliyi barəsində çoxlu qaydalar mövcuddur, o cümlədən: “(İşgüzar) kişilərin qadınlara böyüklük və onları qorumaq haqqı vardır, ona görə ki, Allah bə`zilərini bə`zilərindən üstün qərar verib və ona görə ki, kişilər öz mallarından qadınların məişət və yaşayış xərclərini ödəyirlər.”(Nisa surəsi, ayə 34)
Buna əsasən evin böyüklüyü kişi ilə bağlı olaraq onun qadın üzərində böyüklük haqqı vardır. Başqa sözlə desək, idarə işləri, mənzil tədarükü maddi və mənəvi cəhətdən kişinin öhdəsinədir.
Əlbəttə, bu ağır vəzifəni yerinə yetirmək yalnız qəlblərə hakim kəsilməklə mümkündür ki, tənha maddi bədənə malik olmağın təsiri yoxdur. Çünki, zor və qüvvət daimi deyildir.
Qanunvericilikdə müvəffəqiyyət qanuna riayət edənlərin qəlblərinə hakim kəsilməkdir. Kişinin də ailədə böyüklük etməsini müvəffəqiyyəti ailə üzvlərinin ürəklərinə hakim olması ilə bağlıdır. Belə olan halda kobudluq və tünd xasiyyətliyə yol verilmir və nəticədə ev mühiti başqa İslami mühitlər kimi, zorakılıq, dava-dalaş və bədrəftarlıqdan uzaq olur.
Qeyd olunan ayədən məlum olduğu kimi, kişilərin ailədə
hakim olmalarının bir neçə dəlili vardır ki, onlardan biri də kişilərin
yüksək fikir və düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə
(emosianal xüsusiyyətə) malik olmasıdır. Fikir və düşüncə tələb edən
qayğılar kişinin, məhəbbət və mehribanlıq rəftarı isə qadınların
öhdəsinədir.
Evdarlıq, ailə qayğıları, eləcə də uşaqların təlim-tərbiyəsində məhəbbət və mehribanlığın rolu böyükdür. Fitrət və yaranış xüsusiyyətinə görə bu cür vəzifələr doğrudan da qadının rəftar, istedad, təbiət və bacarığı ilə münasibdir, bir halda ki, kişilər bu vəzifələri yerinə yetirməyin öhdəsindən, fitrətləri qadın fitrət və təbiətindən fərqli olduğu üçün gələ bilmirlər.
Kişinin vücudu uşaq saxlamaq və ya evdarlıq işləri üçün yaranmamışdır. Kişidə yüksək fikir və düşüncə qabiliyyətinin olması onun fitrət və təbiətinin ağır ictimai işlərlə münasibliyindən doğur.
“Qadın qızılgül, kişi isə uca və gövdəli bir ağaca bənzəyir. Zərif və təravətli qızılgülün qızmar günəş istiliyinə, küləyə, tufana və qışın sərt soyuğuna dözümü olmadığı kimi, qadının da ağır və yorucu ictimai işlər qarşısında müqavimət və dözümü yoxdur.”
Beləliklə, kişi və ya qadının vücudu olmazsa cəmiyyətdə çatışmazlıq və naqisliyin olmağı nəzərə çarpacaqdır. Bu cəhətdən kişinin təlabatına əsasən, mənzil tədarükü və ağır işlər evdarlıq və zərif işlər isə təbiətinə əsasən qadının öhdəsinə verilmişdir. Aydın məsələdir ki, bu kişinin qadından üstün olmasına dəlil ola bilməz.
Quran “kişilər qadınlardan üstündür” buyurduğunun mə`nası budur ki, kişi qadına nisbətən vücud üstünlüyü deyil, yüksək “ fikir və düşüncə üstünlüyü”nə malikdir. Eyni zamanda qadının da kişiyə nisbətən üstünlüyü vardır ki o da “atifə, mehr-məhəbbət və mehribanlıq üstünlüyüdür.” Quran kişinin qadına olan üstünlüyünü bəyan etmək qəsdində deyildir və bu ayə qadının yüksək məqamına təhqir kimi hesab edilməsin.
Sözümüzün əvvəlində kişinin güclü fikir və düşüncə qabiliyyətinə malik olub nəticədə qadından daha artıq ayıq və huşlu olduğunu, eləcə də qadının güclü atifə, məhəbbət və mehribanlıq hislərinə malik olduğunu və bunun da nəticəsində kişidən daha artıq atifəli, mehr-məhəbbətli olduğunu qeyd etdik.
Kişi və qadın arasındakı bu fərqi onlardan birinin digəri üzərində üstünlüyü kimi düşünmək düzgün deyildir. Bu fərq yalnız kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənşəyi
olmaqla yanaşı, Allahın “Allahın nişanələrindən biri də budur ki, sizlərə özünüzdən
həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız. Və sizin aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki,
həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq mənşəyidir) təfəkkür və düşüncə əhli üçün Allah hikmətindən bir nişanədir.