İslam tibbi və xalq təbabəti- Heyva

26.08.2025
Təbabət
1 baxış
İslam tibbi və xalq təbabəti- Heyva

Peyğəmbər (s) :Heyva yeyin ki, o zehni artırar, sinədən, ürəkdən ağrını aparar və övladın gözəl olmasına səbəb olar.
İmam Əli (ə) :Heyva yemək zəif ürəyi gücləndirir, mədəni təmizləyir, ürəyi saflaşdırır və qorxağı şücaətləndirir.
İmam Sadiq (ə) :Şirin heyvanı tumu ilə birlikdə ye. O, zəifliyi götürür, mədəni təmizləyib saflaşdırır.
Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45% pektin maddəsi, 0,51-0,85% minerallı maddə, o cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin vardır. Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil
və pelarqon-etil efiri onun ətrini əmələ gətirir. İbn-Sina heyvaya çox fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva şirəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəmlənməsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət
görürdü.